Saytımızı qiymətləndirin


 
 

Stoltenberq: Ukraynanın silah tədarükündə böyük artıma ehtiyacı var
Tarix: 18-01-2023 | Saat: 20:45
Bölmə:Karusel / Manşet | çapa göndər

Stoltenberq: Ukraynanın silah tədarükündə böyük artıma ehtiyacı var

Əgər biz (Ukraynada) sabah danışıqlar yolu ilə sülh istəyiriksə, bu gün daha çox silah tədarük etməliyik.

Qarabaginfo.az “Reuters“ə istinadən xəbər verir ki, bunu Davos Dünya İqtisadi Forumunda iştirak edən NATO Baş katibi Yens Stoltenberq deyib. O, bildirib ki, Ukrayna indi silah tədarükündə böyük artıma ehtiyac duyur və belə dəstək danışıqlar yolu ilə sülh əldə edilməsinin yeganə yoludur.

“Bu, müharibədə həlledici andır və Ukraynaya dəstək üçün nəzərəçarpan artıma ehtiyac var. Əgər biz sabah danışıqlar yolu ilə sülh istəyiriksə, bu gün daha çox silah tədarük etməliyik. Prezident Putinin sülhə hazırlaşması ilə bağlı heç bir işarə yoxdur və ona görə də o, başa düşməlidir ki, döyüş meydanında qalib gələ bilməz”, - deyə NATO Baş katibi bildirib.



Xəbəri paylaş

1127 dəfə oxunub.

Digər xəbərlər