Saytımızı qiymətləndirin


 
 

Ermənilər Qarabağda günəş elektrik stansiyaları quraşdırır
Tarix: 16-01-2023 | Saat: 16:34
Bölmə:Karusel | çapa göndər

Ermənilər Qarabağda günəş elektrik stansiyaları quraşdırır

 

Ermənilər Qarabağın işğal altındakı ərazilərində “Günəş məktəbləri" adlı yeni layihə gerçəkləşdirməyə başlayıbılar.

Qarabaginfo.az erməni mənbələrinə istinadən xəbər verir ki, yeni proqram Qarabağda günəş enerjisindən istifadə etmək məqsədi daşıyır.

Qeyd edilir ki, layihə çərçivəsində Xocavənd rayonunun Çartar, Kert, Spitakaşen, Berdaşen icmalarının məktəblərində, eləcə də Xocavənd şəhərində məktəbləri daim pulsuz elektrik enerjisi ilə təmin edəcək günəş panellərinin quraşdırılması nəzərdə tutulur. Məlumata görə, nəticədə həm də məktəblərin qonşuluğundakı ictimai obyektlər də pulsuz enerji ala biləcək.

İş icraçısı K.Tomikyan layihənin ümumi dəyərinin təxminən 29 milyon dram olduğunu bildirib.

“44 günlük müharibə zamanı rayonunun bütün enerji sistemi zədələndiyindən işıqlar vaxtaşırı kəsilir. Günəş elektrik stansiyalarının iki mühüm komponenti var: enerjiyə qənaət və batareyaları təmin edən enerji müstəqilliyi. Onlar iki dəfə bahadır və əksər hallarda batareya seçimi tövsiyə edilmir. Planlaşdırdığımız beş icmadan birinin - Spitakaşen icmasının stansiyası akkumulyatora sahib olacaq və enerji müstəqilliyinə malik olacaq. Spitakaşendə faktiki olaraq istənilən böhranlı vəziyyətdə elektrik enerjisi həmişə olacaq ki, bundan qonşu yaşayış məntəqələri də istifadə edə bilər”, - Tomikyan qeyd edib.

Onun sözlərinə görə, mərhələli şəkildə işləyirlər. Birinci stansiya Kert icmasındakı məktəbdə, ikincisi Spitakaşendə, sonra Berdaşen və Çartarda, nəhayət Xocavənd şəhərindəki məktəbdə quraşdırılacaq.

“Hazırda Kerta məktəb stansiyası üçün pulumuz var, lakin Qarabağı Ermənistanla birləşdirən yeganə yolun bağlanması səbəbindən stansiyaların quraşdırılması ləngiyir, çünki stansiyalar xaricdən gətirilməlidir. İndi gərək pulu tam yığaq ki, yol açılan kimi prosesi başa çatdıraq”, - deyən Tomikyan bildirib.



Xəbəri paylaş

158 dəfə oxunub.

Digər xəbərlər
28-10-2020, 13:41 Sabahın hava PROQNOZU