Saytımızı qiymətləndirin


 
 

Ərdoğan: Türkiyə PUA-larının Qarabağ və Liviyadakı Ərdoğan: Türkiyə PUA-larının Qarabağ və Liviyadakı uğurları dünyada müharibə qaydalarını dəyişdirirdünyada müharibə qaydalarını dəyişdirir
Tarix: 09-01-2023 | Saat: 14:41
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ərdoğan: Türkiyə PUA-larının Qarabağ və Liviyadakı uğurları dünyada müharibə qaydalarını dəyişdirir

Türkiyənin PUA-ları Qarabağ zəfərindən Liviyaya, terrorla mübarizədən xüsusi əməliyyatlara qədər geniş bir sahədə əldə etdikləri uğurla dünyadakı müharibə qaydalarını dəyişdirir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin ilk tam olaraq yerli istehsalı olan yeni nəsil “Fırtına” haubitsasının təqdimat mərasimində çıxışı zamanı bildirib.

O qeyd edib ki, təqdim olunan “Fırtına” və PUA-lar artıq terrorçuların kabusuna çevrilib.

“Suriyada əməliyyatlarımız çərçivəsində onların nə qədər vacib olduğunu gördük. 2023-cü il müjdələrlə dolu və vacib il olacaq. Milli döyüş təyyarəmiz anqardan çıxacaq. Təlim və yüngül hücum təyyarəmiz “Hürjet” ilk uçuşunu edəcək və dünyanın ilk pilotsuz gəmisi olacaq “Anadolu” da təhvil veriləcək”, - deyə o vurğulayıb.(Apa)



Xəbəri paylaş

1113 dəfə oxunub.

Digər xəbərlər