Saytımızı qiymətləndirin


 
 

“Kim erməni qızı alıbsa, qələt edib!” - Əməkdar artist
Tarix: 29-12-2022 | Saat: 16:15
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

“Kim erməni qızı alıbsa, qələt edib!” - Əməkdar artist

Sovet dövründə azərbaycanlı oğlanların rus və erməni qızları ilə izdivaca girməsi hər zaman qınağa tuş gəlib. Buna baxmayaraq, həmin vaxt azərbaycanlı oğlanların erməni qızlarla nikahı çox geniş yayılmışdı. 

Qarabağın işğalından əvvəl azərbaycanlılarla ermənilər arasında müəyyən qohumluq əlaqələri olurdu.

Buna səbəb nə idi? Biz düşmənimizlə yenidən ailə ola bilərikmi?

Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Gülşad Baxşiyeva bunun yenidən olacağına inanmadığını deyib:

“Yaxın müddətdə mən, mənim övladlarım baş verənləri həyatı boyu unuda bilmərik. Ölənə qədər ermənilərin törətdiyi hadisələr yaddaşımızda qalacaq. Ola bilər, gələcək nəsillər nəyisə bağışlaya bilərə, sülh, dostluq əlaqələri qurarlar, amma erməni deyilən mənfur tayfa ilə heç vaxt dostluq alınmaz, alınsa da uzunömürlü olmaz. Bir məsəl var, qurdla dostluq et, çomağı əlindən yerə qoyma. Bu barədə gələcək nəsillərə təbliğat olmalıdır. Necə ki, onlar körpə doğulan kimi qulağına “türk sənin düşmənindir” sözünü deyirlər, biz də gələcək nəslimizi buna uyğun tərbiyə etməliyik. Çünki onların etdiyi birinci hadisə deyil, tarix boyu bu şərəfsizlər həmişə bizə zərbə endiriblər, alçaldıblar. Bunu necə unutmaq olar?! Onlar bizə hər cür - istər mənəvi, istər maddi zərbə vurublar. Şəxsən mən ömrü boyu onları bağışlamaram. Mən Qarabağ adlanan ərazidə bir dənə belə erməninin qalmasını istəmirəm! Çünki onlar doğub, törədikcə övladlarını özləri kimi tərbiyə edəcəklər və tarix həmişə təkrarlanacaq. Çomağı əldən yerə qoymaz olmaz”. 

Aktrisa azərbaycanlı oğlanların erməni qızları ilə izdivaca girməsini sərt şəkildə tənqid edib:

“Qələt edib erməni qızı alıblar! İndiki iki nəsildə belə bir şeyin olması mümkünsüzdür, bizim nəsil, onların övladları heç vaxt erməni qızı almazlar. Bəlkə gələcəkdə bizim nəticələrimiz bu addımı atmaq istəyər, amma onlara da gərək nənə-babaları öyrətsin ki, ermənidən qız almaq olmaz. Desinlər ki, gedib moltanıdan qız al, amma ermənidən alma. Kim də bu günə qədər erməni qızı alıbsa, qələt edib. Mənim bir tanışım var idi, biz bir blokda böyümüşdük, kişi gürcüstanlı idi, o vaxt bir erməni qızını almışdı. Bir qız övladları da var idi, ailə idilər. Həmin kişi ölənə qədər zarafatla da olsa, xanımına çönüb deyirdi ki, “filankəs, sənin məzhəbinə lənət!” Yəni vaxtilə erməni qızı alanlar bunu yaxşı bilirlər, o vaxt sevgi başlarına vuranda onu qanmırlar, amma sonradan başa düşürlər ki, qələt ediblər. Təsəvvür edin erməni qız almısan, ata azərbaycanlıdır, ana erməni, həmin uşağın dayısı, xalası ermənidir, genində var. Bizim oğlanlarımız qələt edir, başını daşdan-daşa döyür erməni qızı alır! Gül kimi qızlarımız var, gedib alsınlar da, niyə qanı qana qatırlar?” 



Xəbəri paylaş

1174 dəfə oxunub.

Digər xəbərlər