Saytımızı qiymətləndirin


 
 

Qarabağda bizdən icazəsiz monitorinq aparıla bilməz – Komitə sədri
Tarix: 29-12-2022 | Saat: 15:34
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Qarabağda bizdən icazəsiz monitorinq aparıla bilməz – Komitə sədri

 

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qeyri-qanuni olaraq faydalı qazıntılar hasil edən “Base Metals” şirkətinin rəhbərliyi mədənlərin fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəlib. Şirkət yataqlarda ekoloji ekspertiza keçirmək üçün beynəlxalq təşkilatlara müraciət edəcəyini açıqlayıb. 

 

Qarabağda yerləşən faydalı yataqlarda Azərbaycanın icazəsi olmadan ekspertizanın keçirilməsi qəbuledilməz hal kimi qiymətləndirilir. Belə hərəkətlər Azərbaycan ictimaiyyətini qıcıqlandırır. Tələb olunur ki, sözügedən yataqlarda Azərbaycan özü monitorinq aparmalı, dövlət qurumlarının rəsmiləri vəziyyətlə yerində tanış olmalıdırlar. 

 

Qarabaginfo.az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, "Base Metal" şirkətinin Qarabağdakı mədənlərdə işini müvəqqəti dayandırması azərbaycanlı ekofəalların, gənclərin qışın soyuğuna baxmayaraq, həyata keçirdiyi aksiyaların ilkin uğurudur.

 

Onun sözlərinə görə, şirkətin beynəlxalq təşkilatlara müraciət etməsi heç bir nəticə verməyəcək:

 

"İndi həmin şirkət fəaliyyəti ilə bağlı ekoloji ekspertiza keçirmək üçün beynəlxalq təşkilatlara müraciət etmək istəyir. Ancaq onlar başa düşməlidir ki, bura Azərbaycan torpağıdır. Azərbaycan Respublikasının Konstitusiyası respublikanın bütün ərazilərində keçərlidir. Beləliklə, orada Azərbaycan dövləti, Azərbaycan şirkətləri monitorinq apara bilər. Belə də olacaq. Yəqin ki, Azərbaycan kənardan hanısısa monitorinq qrupunun gəlməsinə icazə verməyəcək".

 

 

S.Qurbanov vurğulayıb ki, beynəlxalq təşkilatları həqiqət və düzgünlük maraqlandırmır. Komitə sədri fikirlərini belə əsaslandırıb:

 

"Beynəlxalq təşkilatlar haqqın-ədalətin tərəfdarı olsaydılar, Azərbaycan ərazilərində tökülən qanlara, dağıdılan kəndlərə, qırılan meşələrə indiyə kimi səslərini çıxarardılar. Müzəffər Ordumuzun qələbəsindən sonra keçən iki il ərzində Azərbaycandan beynəlxalq  təşkilatlara monitorinq keçirmək üçün müraciətlər edilib. Bu, onların Qarabağda baş verənləri öz gözləri ilə görməsi üçün əla fürsət olardı. Ancaq beynəlxalq təşkilatlar monitorinq təklifini qəbul etmədilər. Onlar qəbul etməlidirlər ki, yataqların yerləşdiyi ərazi Azərbaycan torpağıdır və orada monitorinq Azərbaycanın dövlət orqanları tərəfindən keçirilməldir. Beynəlxalq təşkilatların bizdən icazəsiz monitorinqi baş tutmayacaq".

 

Qeyd edək ki, Azərbaycanın sərvətlərini talayan "Base Metals" İsveçrədə rəsmi qeydiyyatdan keçmiş "Vallex Group"un törəmə şirkətidir. “Vallex Group” şirkətinin investoru, İsveçrə vətəndaşı Vartan Sirmakes və şirkətin rəhbəri Valeri Mejlumyan, “Base Metals” QSC-nin icraçı direktoru Artur Mkrtumyan Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib.

 

Onu da xatırladaq ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa - Laçın yolunda aksiya keçirirlər.



Xəbəri paylaş

1138 dəfə oxunub.

Digər xəbərlər