Saytımızı qiymətləndirin


 
 

Pelenin son durumu - xərçəngə uduzur, ailəsi ilə vidalaşır
Tarix: 27-12-2022 | Saat: 12:04
Bölmə:Karusel | çapa göndər

Pelenin son durumu - xərçəngə uduzur, ailəsi ilə vidalaşır

 

82 yaşında xərçənglə mübarizə aparan dünyanın futbol kralı braziliyalı Pele vəziyyəti pisləşdiyi üçün ailəsi və dostları ilə vidalaşmağa başlayıb.
 

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə britaniyalı iş adamı, idman meneceri Frenk Xalid bildirib.


“Pele xəstəxana çarpayısından ailəsi və dostları ilə vidalaşır. Əfsanəvi futbolçu Pele xərçənglə mübarizəsini yavaş-yavaş uduzur. Ailə onun vəziyyətinin pisləşdiyini deyir”, - o, Tvitter-də yazıb.


Həmçinin internetdə Pele ilə vidalaşmaq üçün hazırlıqların videosu paylaşılıb. Santos şəhərindəki "Vila Belmiro" stadionunda tabut daşıyan platformaya bənzər konstruksiya yığılır.


Dekabrın 21-də həkimlər Pelenin səhhətinin pisləşdiyini bildiriblər. Onlar dünya şöhrətli futbolçunun xərçəng xəstəliyinin müalicəsinin mənfi dinamikasına diqqət çəkiblər.



Xəbəri paylaş

171 dəfə oxunub.

Digər xəbərlər