Saytımızı qiymətləndirin


 
 

Eko-fəalların Laçın-Xankəndi yolunda aksiyası davam edir, şüarlar səsləndirilir - FOTO
Tarix: 26-12-2022 | Saat: 14:10
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Eko-fəalların Laçın-Xankəndi yolunda aksiyası davam edir, şüarlar səsləndirilir - FOTO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Qarabaginfo.az xəbər verir ki, eko-fəallar, vətəndaş cəmiyyətinin təmsilçiləri, könüllülər hazırda havanın şaxtalı olmasına baxmayaraq, yolda hərəkətə maneə törətmədən Azərbaycan, rus və ingilis dillərində plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Onlar hər üç dildə “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, aksiya dekabrın 12-dən davam edir.



Xəbəri paylaş

1113 dəfə oxunub.

Digər xəbərlər