Saytımızı qiymətləndirin


 
 

Sumqayıt Tibb Mərkəzi partlayışda xəsarət alanlarla bağlı məlumat yayıb
Tarix: 30-08-2022 | Saat: 21:08
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Sumqayıt Tibb Mərkəzi partlayışda xəsarət alanlarla bağlı məlumat yayıb

Sumqayıt Tibb Mərkəzi göstərən “Sunset” istirahət mərkəzindəki partlayışda xəsarət alanlarla bağlı məlumat yayıb.

Mərkəzdən Qarabaginfo.az-a bildirilib ki, bu gün saat 19:12 radələrində Sumqayıtın Sahil küçəsində partlayış olması barədə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasına çağırış olub.

Çağırışla əlqədar hadisə yerinə 2 briqada cəlb olunub və məlum olub ki, Corat-Novxanı yolunda, Sahil küçəsində fəaliyyət göstərən “Sunset” istirahət mərkəzində suqızdırıcının (kombi) partlaması nəticəsində orada çalışan 3 əməkdaş müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Xəsarət alan 1962, 1969-cu il təvəllüdlü ikisi qadın və 1963-cü il təvəllüdlü biri kişi olmaqla Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

 

Vəziyyətləri ağır olan hər 3 şəxs təcili tibbi yardım avtomobili ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə yola salınıb.



Xəbəri paylaş

1242 dəfə oxunub.

Digər xəbərlər