Saytımızı qiymətləndirin


 
 

“Vardanyanın qulağından tutub Bakıya gətirəcəklər” - Deputatdan şok açıqlama
Tarix: 26-12-2022 | Saat: 13:49
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Vardanyanın qulağından tutub Bakıya gətirəcəklər” - Deputatdan şok açıqlama

“Üçtərəfli Soçi görüşündən qabaq da Ruben Vardanyan Xankəndidə bir mitinq keçirdi. Eynilə, dünən də mitinq keçirildi, çünki bu gün Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü olacaq”. 

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib.

Millət vəkili ötən gün qondarma rejimin “dövlət naziri” Ruben Vardanyan tərəfindən Xankəndidə təşkil olunmuş etiraz aksiyası barədə fikirlərini səsləndirib. 

E.Məmmədova görə, bu, Vardanyanın təkbaşına işi deyil, ona verilən tapşırıq və təlimatlardır:

“Ona deyiblər ki, siz bu görüşdən 1 gün qabaq orada hay-həşir qaldırın, bizim də əlimizdə “kozır” olsun ki, göstərək, orada yaşayan ermənilər bu sözləri deyir və s. 

O ki qaldı say məsələsinə, o say ölçülüb-biçilib. Haradasa o mitinqdə 18 min nəfərə qədər insan olardı, ya yox. Onları da pul, ərzaq yardımı, maşınlara yanacaq vermək, cürbəcür fırıldaq, hədə-qorxuyla oraya yığıblar. Heç Qarabağ ərazisində üst-üstə uşaqdan böyüyə götürsən, 30-40 min erməni yoxdur. Bunlar 120 min rəqəmini haradan tapdılar?! Aksiyaçılarımızın yaratdığı şərait nəticəsində keçən dəfəki mitinqdəki kimi Ermənistandan Xankəndiyə erməni daşıyıb gətirə bilmədilər”. 

Müsahibimizin qənaətinə görə, yayılan məlumatlar yalandır:

“Çünki bunlar çabalayırlar və görürlər ki, son nəfəsləridir. Azərbaycan isə yumşaq vasitədən istifadə edir. Yəni ekoloqların, ictimaiyyət nümayəndələrinin, QHT-lərin, könüllülərin etiraz aksiyası davam edir və bu aksiyaların məqsədi də məlumdur”. 

Milli Məclis üzvünün fikrincə, bu, hələ yumşaq tərəfidir:

“Məncə, indi bunun sərt üzü başlamalıdır. Mən bir vətəndaş kimi istəyirəm ki, bunun sərt üzü başlasın və Ermənistan-Azərbaycan sərhədindən keçən Laçın dəhlizinin üzərində Azərbaycanın sərhəd-buraxılış məntəqəsi təcili olaraq qurulmalı, Dövlət Gömrük Komitəsinin, polisin postları qoyulmalıdır. Eləcə də DİN-in başqa xidmətləri də orada xidmət keçməlidirlər”.

“Bu, artıq Qarabağda qalan separatçıların son nəfəsidir. Bunlar bunu anlayır, dərk edirlər. Vardanyan kimi terrorist də bilir ki, az qalıb və onun qulağından tutub Bakıya gətirəcəklər ki, burada, qanunlarımızı qarşısında cavab versin. Özü də onu tək gətirməyəcəklər, onunla bərabər böyür-başındakı Araik, Balasanyan və terrorçuları da gətirəcəklər”, – yekunlaşdırıb.



Xəbəri paylaş

1137 dəfə oxunub.

Digər xəbərlər