Saytımızı qiymətləndirin


 
 

İşdən çıxarıldığı deyilən nazirdən yeni xəbər
Tarix: 21-12-2022 | Saat: 23:08
Bölmə:Karusel / Manşet | çapa göndər

İşdən çıxarıldığı deyilən nazirdən yeni xəbər

Vəzifəsindən azad olunduğu deyilən mədəniyyət naziri Anar Kərimovdan yeni xəbər var.

Qarabaginfo.az xəbər verir ki, Mədəniyyət Nazirliyi onunla bağlı mətbuata məlumat yayıb. 

Məlumatda bildirilib ki, nazir Kərimov bu gün Azərbaycanın tanınmış və istedadlı heykəltəraşı, Xalq rəssamı Ömər Eldarovla görüş keçirib. Görüş görkəmli rəssamın 95 illik yubileyi münasibətilə təşkil olunub. 

Qeyd edək ki, bu gün mətbuatda mədəniyyət naziri Anar Kərimovun işdən çıxarılması barədə xəbərlər yayılıb. Nazirin fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edildiyi, yaxın vaxtlarda bununla bağlı rəsmi qərarın elan olunacağı diqqətə çatdırılıb. Lakin A.Kərimovun işdən çıxarılıb-çıxarılmaması barədə iddialara nazirlik münasibət bildirməkdən yayınıb və bununla bağlı rəsmi mövqe öyrənmək mümkün olmayıb.

Xatırladaq ki, Anar Kərimov Azərbaycan Prezidentinin 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə mədəniyyət naziri vəzifəsinə təyin edilib. İndiyədək fəaliyyətilə diqqət çəkə bilməyən nazir dəfələrlə tənqidlərə tuş gəlib və bir neçə dəfə onun postundan uzaqlaşdırılması ilə bağlı təkliflər səsləndirilib.



Xəbəri paylaş

1144 dəfə oxunub.

Digər xəbərlər
18-11-2024, 21:27 Rusiya quqlu cərimələdi