Saytımızı qiymətləndirin


 
 

Azərbaycan UNESCO-da sədr müavini seçildi
Tarix: 15-12-2022 | Saat: 23:41
Bölmə:Karusel / Manşet | çapa göndər

Azərbaycan UNESCO-da sədr müavini seçildi 

Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 17-ci sessiyası işə başlayıb.

Qarabaginfo.az xəbər verir ki, sessiyada Azərbaycan ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyi və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin rəhbərliyi ilə təmsil olunur.

Sessiyanın açılışında Komitə Bürosunun formalaşdırılması məsələsi müzakirə edilib və yekdilliklə qəbul edilmiş qərarla Azərbaycan Komitənin sədr müavini vəzifəsinə seçilib.

İki gün davam edəcək sessiyada UNESCO katibliyinin mədəni irsin qorunması istiqamətində gördüyü işlərin hesabatı dinləniləcək, 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunun UNESCO-nun digər Konvensiyaları ilə sinerjisi, Konvensiyanın həyata keçirilməsi ilə bağlı resursların səfərbər edilməsi kimi bir sıra mühüm məsələlər müzakirə olunacaq.



Xəbəri paylaş

1142 dəfə oxunub.

Digər xəbərlər