Tarix: 20-07-2020 | Saat: 17:51
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
“İlk qapanma dövründə insanlar qanunları pozaraq rayonlara getdilər. Bakıda yumşalma olan zaman rayonlarda yoluxma səviyyəsi artır”.
Qarabaginfo.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Azərbaycan Prezidentinin köməkçisi deyib ki, ilk yumşalma zamanı bu, təsdiqini tapır: “Bu gün Bakıdan rayonlara getmək imkanı yaratmaqla əldə etdiyimiz nailiyyətləri itirə bilərik. Deyirlər ki, Bakıdan gedib rayonda evdə oturacaqlar. Bu, mümkün deyil. Mənim də ailə üzvlərim Qəbələyə, Şamaxıya, digər gözəl guşələrə getmək istəyir. Yoluxmanı idarəedilən səviyyəyə çatdırmalıyıq. Ən ideal variantda biz bilməliyik ki, yoluxan insan haradadır və kimdən yoluxub. Bunu bilsək yoluxma nəzarət edilən formaya düşəcək. Buna nail olduqca bütün Azərbaycan sarı, sonra isə yaşıl zonaya düşəcək. Yoluxmanın səviyyəsi nəzarət altına alınarsa, ilk addım Bakıdan rayonlara gediş-gəlişə icazə vermək olacaq”.
Digər xəbərlər