Tarix: 15-12-2022 | Saat: 12:00
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycan və Aİ arasında yeni sazişlə bağlı danışıqlar davam edir və bu həftə danışıqlarla bağlı yeni görüş keçirilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O, danışıqların uğurla irəlilədiyini deyib.
“Hazırda danışıqlar üstün səviyyədədir və çox irəliləyib. Ancaq bəzi məqamlarla bağlı razılaşmanın əldə olunması ilə əlaqədar müzakirə davam edir. İnanıram ki, çox yaxın zamanda danışıqların tamamlanması və yeni sazişin əldə olunmasına şahid olacağıq”, - səfir əlavə edib.
Səfir Aİ-nin Qarabağın yenidən qurulması və bərpası ilə bağlı layihələrdə maraqlı olduğunu qeyd edib.
"Lakin biz hökumətdən hansı layihələrin prioritet olduğu barədə məlumat gözləyirik. Bundan sonra biz hansı layihələrdə iştirak edib, investisiya qoya biləcəyimiz barədə düşünə bilərik. İqtisadi və İnvestisiya Planı ilə bağlı yaradılan İşçi qrup dəstəklənəcək layihələrlə bağlı məlumatı açıqlayacaq və bundan sonra biz qərar verəcəyik", o deyib.
Digər xəbərlər