Saytımızı qiymətləndirin


 
 

Britaniya səfiri Kəlbəcərdə minaya düşən hərbçi ilə bağlı başsağlığı verib
Tarix: 15-12-2022 | Saat: 09:59
Bölmə:Karusel / Siyasət / Qarabağ | çapa göndər

 

Bu yaxınlarda Ağdamda dağıntıların necə böyük miqyasda olduğuna şahidlik etdim - Britaniya səfiri

 Böyük Britaniya səfiri Fergus Auld dünən Kəlbəcərdə baş vermiş mina partlayışı ilə bağlı paylaşım edib.

Qarabaginfo.az xəbər verir ki, paylaşımda deyilir:

“Dünən Kəlbəcərdə 8 nəfərin minaya düşməsi və nəticədə yaralananların və ölənin olma xəbəri məni kədərləndirdi. Həyatını itirmiş şəxsin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm”.

Qeyd edək ki, dekabrın 14-də, Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həlak olub.



Xəbəri paylaş

1150 dəfə oxunub.

Digər xəbərlər