Tarix: 14-12-2022 | Saat: 15:19
Bölmə:Karusel | çapa göndər
“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin dünən tam zamanında ölkəmizdə akkreditə olmuş diplomatik korpusun təmsilçiləri və hərbi attaşelər üçün brifinq keçirərək, Laçın yolunun orada etiraz aksiyasına qatılan soydaşlarımızın deyil, Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingentinin bağladığını bildirdi”.
Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Aliyev deyib.
Deputatın sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin Qarabağdakı ermənilərin humanitar ehtiyaclarını qarşılamağa hazır olduğunu bəyan etməsi Laçın yolunu bağlamaqla dünyanı bizim əleyhimizə qaldırıb orada yenə saman altdan su yeridəcəklərini, dələduz Vardanyanla əl-ələ verib təbii resurslarımızı çapıb talayacaqlarını düşünənlərə çox gözəl cavabdır.
“Həqiqəti bilmək istəyənlər görürlər ki, orada etiraz aksiyası keçirən qeyrətli vətəndaşlarımızın, jurnalistlərimizin və bütövlükdə dövlətimizin məqsədi təkcə ekologiyaya böyük zərbə vurmaqla təbii resurslarımızın vəhşicəsinə talanmasının qarşısını almaq deyil. Həm də Qarabağdakı yerli hayları, dinc adamları nə qədər mümkündürsə, bir o qədər tez başında de-fakto Volkov-Vardanyan cütlüyünün durduğu separatçı rejimin zülmündən qurtarmaq, onların da digər Azərbaycan vətəndaşları kimi normal yaşamalarını təmin etməkdir”.
Sahib Alıyev bildirib ki, bu gün Rusiya hərbi kontingenti ilə üz-üzə duranlar Qarabağdakı dinc ermənilərin düşmənləri yox, xilaskarlarıdır.
“Əminəm ki, gec-tez onlar da bu reallığı dərk edəcəklər”.
Deputat ABŞ-ın Azərbaycandakı səfirini həqiqətləri öyrənmək Şuşaya getməyə çağırıb:
“ABŞ-ın ölkəmizdəki diplomatik təmsilçiliyindəkilər də hazırda Laçın yolunda nəyin və niyə baş verdiyini dərk etmək istəyirlərsə, onda səfir Örl Litzenberger şeytanın qıçını sındırıb Şuşaya gedərək vəziyyəti yerində öyrənsə pis olmazdı. Onun Şuşaya niyə getmək istəmədiyi heç kəsə sirr deyil, ABŞ-da düşünürlər ki, bununla haylara Moskvadakılardan daha çox canları yandığını göstərib Rusiyanı Ermənistandan vurub çıxarmaq üçün zəmin hazırlayırlar. Qoy düşünsünlər, amma ABŞ-ın ölkəmizdəki səfirliyinin Laçın yolunda baş verənlərin mahiyyətinə varmadan bizim vətəndaş cəmiyyəti təmsiçilərinin Rusiya hərbi kontingentinin özbaşınalığına qarşı keçirdiyi aksiya ilə bağlı general Volkovu təlimatlandıranların maraqlarına cavab verən açıqlama yayması çox yumşaq desək, məsuliyyətsizlikdir”.
Digər xəbərlər