Ana Sayfa > Karusel > Deputat ABŞ səfirini Şuşaya ÇAĞIRDI
Deputat ABŞ səfirini Şuşaya ÇAĞIRDI14-12-2022, 15:19. Yazar: Admin |
“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin dünən tam zamanında ölkəmizdə akkreditə olmuş diplomatik korpusun təmsilçiləri və hərbi attaşelər üçün brifinq keçirərək, Laçın yolunun orada etiraz aksiyasına qatılan soydaşlarımızın deyil, Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingentinin bağladığını bildirdi”. Deputatın sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin Qarabağdakı ermənilərin humanitar ehtiyaclarını qarşılamağa hazır olduğunu bəyan etməsi Laçın yolunu bağlamaqla dünyanı bizim əleyhimizə qaldırıb orada yenə saman altdan su yeridəcəklərini, dələduz Vardanyanla əl-ələ verib təbii resurslarımızı çapıb talayacaqlarını düşünənlərə çox gözəl cavabdır. “Həqiqəti bilmək istəyənlər görürlər ki, orada etiraz aksiyası keçirən qeyrətli vətəndaşlarımızın, jurnalistlərimizin və bütövlükdə dövlətimizin məqsədi təkcə ekologiyaya böyük zərbə vurmaqla təbii resurslarımızın vəhşicəsinə talanmasının qarşısını almaq deyil. Həm də Qarabağdakı yerli hayları, dinc adamları nə qədər mümkündürsə, bir o qədər tez başında de-fakto Volkov-Vardanyan cütlüyünün durduğu separatçı rejimin zülmündən qurtarmaq, onların da digər Azərbaycan vətəndaşları kimi normal yaşamalarını təmin etməkdir”.
Geri dön |