Saytımızı qiymətləndirin


 
 

Qarabağı talan edən İsveçrə şirkəti: “Beynəlxalq məhkəmədə təzminat tələb etməliyik”
Tarix: 08-12-2022 | Saat: 17:47
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Qarabağı talan edən İsveçrə şirkəti: “Beynəlxalq məhkəmədə təzminat tələb etməliyik”

“Bunu daha yaxşı iqtisadi hüquqşünaslar bilər, lakin hər halda Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etməlidir”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli deyib.

O, Xocalı rayonunun Seyidbəyli kəndi yaxınlığında “Vallex” şirkətinin qeyri-qanuni fəaliyyət göstərməsi, habelə Azərbaycan dövlətinin həmin şirkəti beynəlxalq məhkəmələrə verə bilməsi ehtimalından söz açıb.

Q. Əlibəylinin sözlərinə görə, həmin ərazilər beynəlxalq hüquqla Azərbaycanın suverenliyi çərçivəsində tanınıbsa, Azərbaycan dövləti bu tip şirkətləri Beynəlxaq İqtisad Məhkəməsi ilə yanaşı, Beynəlxalq Arbitraj Məhkəməsinə də verib, təzminat tələb edə bilər.

O əlavə edib ki, Azərbaycan dövləti bu prosesə mümkün qədər tez başlmalıdır:

“Bu, bizə məxsus torpaqlardır və yeraltı və yerüstü sərvətləri də bizimdir. Əgər bu gün etirazlarımızı bildirsək, yekunda qalib olcağıq”.

Müsahibimiz, həmçinin, İsveçrədə qeydiyyatdan keçən “Vallex Group”la bağlı 21 oktyabr 2015-ci il və 30 mart 2018-ci il tarixlərində Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə başlanılan cinayət işinə də toxunub.

Onun sözlərinə görə, hazırda cinayət işi müvəqqəti şəkildə dondurulub, təqsirkarlar isə axtarışa verilib.

Xatırladaq ki, bir zamanlar Azərbaycanın işğal olunmuş Laçın, Kəlbəcər və digər rayonlarında erməni əsilli əcnəbi vətəndaşların qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən cinayət işi açılmışdı.

O vaxtı Azərbaycan Vergilər Nazirliyi Baş Prokurorluğun İstintaq İdarəsinin qərarı əsasında “Vallex Group”un İsveçrədə rəsmi qeydiyyatdan keçmiş “Base Metals” QSC-nin 2009-2017-ci illərdə Zəngilan rayonunun Vejnəli kəndindəki qiymətli metal yataqlarından 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə etməsini müəyyən etmişdi.

Bu maddələrlə İsveçrə vətəndaşı, “Vallex Group”un maliyyə investoru Vartan Sirmakes, şirkətin rəhbəri Valeri Mejlumyan, həmçinin, “Base Metals” şirkətinin icraçı direktoru Artur Mkrtumyan ittiham olunmuşdu. Qeyd edək ki, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və hər 3 şəxs istintaq orqanı tərəfindən beynəlxalq axtarışa verilib.



Xəbəri paylaş

1168 dəfə oxunub.

Digər xəbərlər