Saytımızı qiymətləndirin


 
 

“Orada yaşayan ermənilər bütün imtiyazlardan istifadə edəcək”
Tarix: 06-12-2022 | Saat: 16:50
Bölmə:Karusel | çapa göndər

“Orada yaşayan ermənilər bütün imtiyazlardan istifadə edəcək”

 


“Burada qeyri-adi bir şey yoxdur. Sülh prinsiplərini cənab Prezident də qeyd etmişdi. Orada dəyişik nəsə yoxdur. Ona görə də tərəflər arasında bu məsələlərlə bağlı müəyyən qədər razılıqlar var. Çünki baş verən son hadisələr, Ceyhun Bayramovun Moskvada Sergey Lavrovla görüşü, orada olan danışıqlar, Lavrovun Qarabağın Azərbaycanın olması barəsindəki fikirləri, sülhməramlılar tərəfindən Laçında gömrük sisteminin qurulması onu göstərir ki, dövlət başçısının apardığı siyasət tamamilə mərhələli şəkildə həyata keçirilir və düzgün siyasətdir”.

Qarabaginfo.az-ın xəbərinə görə, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Millət vəkili Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri Eduard Ağacanyanın “Azərbaycan Ermənistanın sülh müqaviləsi təklifinə cavab verib” açıqlamasına münasibət bildirib.

V. Əhmədova görə, bütün bunlar axırda sülh müqaviləsinin imzalanmasına gəlir:

“Beləliklə də, bununla Azərbaycanın ərazi bütövlüyü tanınacaq, o cümlədən sərhədlərin delimitasiya və demarkasiyası öz həllini tapacaq və nəhayət, orada yaşayan ermənilər də Azərbaycan vətəndaşlağını qəbul edib, bütün imtiyazlardan istifadə edəcəklər”.

“O ki qaldı ilin sonuna sülh müqaviləsinin imzalanmasına, mən bunu gözləmirəm, amma bəlkə də bu, ola bilər. Bildiyiniz kimi, hazırda intensiv danışıqlar gedir, Avropa Birliyi, ABŞ bu danışıqlarda faktiki iştirak edirlər, eləcə də Ermənistana Azərbaycanın tələblərini qəbul etmələri üçün müəyyən təzyiqlər var. 

Onsuz da bu, Ermənistanın yeganə çıxış yoludur və onların başqa yolu yoxdur. Əgər bölgədə normal bir dövlət kimi yaşamaq istəyirlərsə, Azərbaycan və Türkiyə ilə münasibətləri normal qurmalıdırlar. Ona görə də bütün bu atılan addımlar ondan irəli gəlir ki, sülh müqaviləsi imzalansın və bu məsələlər öz həllini tapsın” – Milli Məclisin deputatı əlavə edib.

Müsahibimiz sülh müqaviləsinin hansı formatda olacağından da söz açıb:

“Doğrudur, Moskva hazırda çalışır ki, məsələni müəyyən qədər müsbət şəkildə həll etsin. Amma mən ən çox Vaşinqtonun verdiyi təkliflərə daha çox ümid bəsləyirəm. Moskvaya o qədər də arxayın olmaq olmaz, eləcə də hələ bilmək olmaz ki, onların dalda hansı planları var. Lakin Moskva bu dəqiqə təkləndiyi üçün belə bir addımlar atır ki, Azərbaycan kimi strateji bir müttəfiqi itirməsin. Amma ABŞ-ın verdiyi təkliflər kifayət qədər normaldır və biz də faktiki olaraq bunu qəbul edirik. Bizim istədiyimiz cənab Prezidentin 5 prinsiplə bağlı irəli sürdüyü təkliflərin qəbul edilməsidir”.



Xəbəri paylaş

172 dəfə oxunub.

Digər xəbərlər
6-07-2023, 16:25 Prezident onu təltif etdi