Saytımızı qiymətləndirin


 
 

XİN Ermənistanla delimitasiya prosesinin hansı əsasda aparılacağına aydınlıq gətirib
Tarix: 29-11-2022 | Saat: 18:55
Bölmə:Karusel / Manşet | çapa göndər

XİN Ermənistanla delimitasiya prosesinin hansı əsasda aparılacağına aydınlıq gətirib

Delimitasiya prosesinin hansı əsasda aparılması barədə razılığa gəldikdə qeyd edək ki, Ermənistan xarici işlər nazirinin iddiasının əksinə, həm Praqa, həm də Soçi görüşü üzrə bəyanatlarda delimitasiyanın BMT nizamnaməsində və Alma-Ata bəyannaməsində qeyd edildiyi kimi ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata keçirilməsi nəzərdə tutulub.

Qarabaginfo.az xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 28 noyabr 2022-ci il tarixində “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı səsləndirdiyi iddialarla bağlı şərhində bildirilib.

 

“Ümumiyyətlə, BMT nizamnaməsinə və Alma-Ata bəyannaməsinə istinad qeyd edilən prinsiplər kontekstində verilib və bu görüşlərdə delimitasiyanın hansı xəritə əsasında həyata keçirilməsi barədə hər hansı bir müddəa olmadığı Ermənistan tərəfinə yaxşı məlumdur. Delimitasiya prosesi isə bütün hüquqi əhəmiyyəti olan sənədlərin təhlili əsasında həyata keçirilməlidir”, - qeyd olunub.



Xəbəri paylaş

1150 dəfə oxunub.

Digər xəbərlər