Saytımızı qiymətləndirin


 
 

Çində 4 gündür COVID-19-a rekord sayda yoluxma qeydə alınır
Tarix: 27-11-2022 | Saat: 12:31
Bölmə:Karusel / Manşet | çapa göndər

Çində 4 gündür COVID-19-a rekord sayda yoluxma qeydə alınır

Çində noyabrın 26-da COVID-19-a rekord - 39 791 yeni yoluxma qeydə alınıb. Yoluxanların maksimum sayı ardıcıl dördüncü gün qeydə alınır.

 

Qarabaginfo.az Report-a istinadla xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Milli Səhiyyə Komitəsinin saytında məlumat verilib.

Koronavirus əlamətlərinin müşahidə edilənlərin sayı 3 709 nəfər, 36 082 nəfərdə isə COVID-19 əlamətləri özünü büruzə verməyib.

Bir gün əvvəl Çində yoluxma hallarının sayı 39 506 təşkil edib. Eyni zamanda virusdan bir ölüm qeydə alınıb. Bununla da Çində koronavirusdan ölənlərin ümumi sayı 5 233 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusun yayılmasını pandemiya elan edib.



Xəbəri paylaş

1110 dəfə oxunub.

Digər xəbərlər