Saytımızı qiymətləndirin


 
 

Fələstin lideri: Heç vaxt torpaqlarımızı tərk etməyəcəyik
Tarix: 21-10-2023 | Saat: 15:06
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Fələstin lideri: Heç vaxt torpaqlarımızı tərk etməyəcəyik

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas İsrailin Fələstin xalqına hücumunun dayandırılmasını və humanitar yüksəlin çatdırılması üçün təcili Qəzza sektoruna dəhliz açılmasını tələb edib.

Qarabaginfo.az TASS-a istinadən verdiyi xəbərə görə, Mahmud Abbas bunu Fələstin üzrə Qahirə Sammitində bəyan edib.

Mahmud Abbas mülki şəxslərə hücumu qınayıb, bütün saxlanılanların azadlığa buraxılmasına çağırıb. Fələstin lideri Qəzza sakinlərinin anklavdan kənara çıxarılması təhlükəsi barədə xəbərdarlıq edib: “Fələstinlilər heç vaxt torpaqlarını tərk etməyəcək, əbədi öz torpaqlarına qalacaq”.

Mahmud Abbas BMT-ni Fələstin xalqını qorumaq üçün məsuliyyəti üzərinə ötürməyə çağırıb. Onun sözlərinə görə, təhlükəsizlik və sülhə yalnız 1967-ci il sərhədləri çərçivəsində iki müstəqil dövlətin yaradılması ilə nail olmaq mümkündür.

 



Xəbəri paylaş

190 dəfə oxunub.

Digər xəbərlər