Tarix: 25-11-2022 | Saat: 18:57
Bölmə:Karusel / Manşet | çapa göndər
Şimali Atlantika Alyansının qapıları Ukrayna üçün açıqdır.
Qarabaginfo.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“NATO-nun qapıları açıqdır. Və bu, təkcə sözlə deyil, biz bunu əməlimizlə göstərmişik”, - deyə o bildirib.
Stoltenberq xatırladıb ki, son illərdə Monteneqro və Şimali Makedoniya alyansa daxil olub, 2022-ci ildə isə Finlandiya və İsveç NATO-ya dəvət olunub.
“Biz bu qərarlarla NATO-nun qapılarının açıq olduğunu və Rusiyanın NATO-nun genişlənməsinə veto qoymaq hüququna malik olmadığını göstərdik. Bu həm də Ukraynaya bir mesajdır. 2008-ci ildə Buxarest sammitində biz qərara gəldik ki, Ukrayna NATO-ya üzv olsun. Üzvlük yolunda irəliləmək üçün isə onlarla siyasi tərəfdaşlıq sahəsində işləmək, o cümlədən praktiki dəstək göstərmək lazımdır”, - deyə baş katib bildirib.
Digər xəbərlər