Ana Sayfa > Karusel / Manşet > NATO-nun qapıları Ukrayna üçün açıqdır - Stoltenberq
NATO-nun qapıları Ukrayna üçün açıqdır - Stoltenberq25-11-2022, 18:57. Yazar: Admin |
Şimali Atlantika Alyansının qapıları Ukrayna üçün açıqdır. Qarabaginfo.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. Stoltenberq xatırladıb ki, son illərdə Monteneqro və Şimali Makedoniya alyansa daxil olub, 2022-ci ildə isə Finlandiya və İsveç NATO-ya dəvət olunub. “Biz bu qərarlarla NATO-nun qapılarının açıq olduğunu və Rusiyanın NATO-nun genişlənməsinə veto qoymaq hüququna malik olmadığını göstərdik. Bu həm də Ukraynaya bir mesajdır. 2008-ci ildə Buxarest sammitində biz qərara gəldik ki, Ukrayna NATO-ya üzv olsun. Üzvlük yolunda irəliləmək üçün isə onlarla siyasi tərəfdaşlıq sahəsində işləmək, o cümlədən praktiki dəstək göstərmək lazımdır”, - deyə baş katib bildirib. Geri dön |