Braziliya millisinin sabiq futbolçusu Ronaldo koronavirusa yoluxub.
Veteran hücumçu bu səbəbdən yığmanın Qətərdəki dünya çempionatında bu gün Serbiyaya qarşı keçirəcəyi G qrupunun I tur oyununu stadiondan izləyə bilməyəcək.
Test nəticəsi müsbət çıxan əfsanəvi forvard qaldığı hoteldə karantinə alınıb.
Qeyd edək ki, Ronaldo 1994 və 2002-ci dünya çempionatlarının qalibi olub.