Saytımızı qiymətləndirin


 
 

Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması qaydası müəyyənləşir
Tarix: 24-11-2022 | Saat: 18:52
Bölmə:Karusel / Manşet | çapa göndər

Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması qaydası müəyyənləşir

Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına qoşulma xidməti üçün ödəniş edəcəklər.

Qarabaginfo.az-ın xəbərinə görə, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün videokonfrans formatında keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

 

Layihəyə əsasən, ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına qoşulma xidmətinə görə ödəniş etməlidirlər.



Xəbəri paylaş

190 dəfə oxunub.

Digər xəbərlər
12-01-2021, 10:27 Bakıda zavodda partladı