Saytımızı qiymətləndirin


 
 

Beyləqandakı korrupsiya faktı ilə bağlı AÇIQLAMA
Tarix: 17-11-2022 | Saat: 10:18
Bölmə:Karusel | çapa göndər

Beyləqandakı korrupsiya faktı ilə bağlı AÇIQLAMA

Vətəndaşların və sahibkarların əmlak hüquqlarının, qanuni maraqlarının qorunması, fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sistemli və davamlı tədbirlər həyata keçirilir.

 

Qurumdan Qarabaginfo.az-a verilən məlumata görə, əməkdaşlarının fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təmin edilməsi, neqativ halların aradan qaldırılması Dövlət Xidmətinin fəaliyyətində prioritet hesab edilir.

 

Bildirilib ki, ƏMDX korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir.

 

Qeyd edilib ki, son illərdə Dövlət Xidmətinin bəzi əməkdaşlarının cinayət məsuliyyətinə cəlb olunması istiqamətində hüquq-mühafizə orqanları ilə birgə tədbirlər həyata keçirilib.

 

"Kütləvi informasiya vasitələrində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Beyləqan Ərazi idarəsinin əməkdaşının saxlanılması xəbəri ilə bağlı bildiririk ki, yol verilən qanun pozuntusu barədə Xidmətə daxil olmuş məlumatlar hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti hüquq-mühafizə orqanına təqdim edilib.

 

Hazırda araşdırma aparılır. Aparılan araşdırmanın qərəzsizliyinin və barələrində təhqiqat aparılan şəxslərin 
hüquqlarının təmin edilməsi, hal-hazırda təhqiqat prosesinin fəal fazada olmasını, həmçinin təqsirsizlik prezumpsiyasını əsas götürərək araşdırmanın gedişatı barədə rəsmi məlumatın səlahiyyətli orqanından gözlənilməsini məqsədəuyğun hesab edirik. Hazırkı məqamda ƏMDX tərəfindən əlavə şərhlərin verilməsi nəzərdə tutulmur". 



Xəbəri paylaş

152 dəfə oxunub.

Digər xəbərlər