Saytımızı qiymətləndirin


 
 

Rəşad Dağlı apellyasiya şikayəti verməkdən imtina edib
Tarix: 14-11-2022 | Saat: 11:24
Bölmə:Karusel / Kriminal | çapa göndər

Rəşad Dağlı apellyasiya şikayəti verməkdən imtina edib

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) apellyasiya şikayəti vermək niyyətində deyil.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Report-a Rəşad Dağlının yaxınları bildiriblər.

 

Qeyd edilib ki, Qaradağ Rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri qərarından apellyasiya şikayəti verilməyəcək:

 

“Hazırda Rəşadın səhhəti normaldır. İstintaq davam edir”.

 

Xatırladaq ki, qətl hadisəsi noyabrın 9-u saat 5 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

 

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Hadisə ilə bağlı İ.Mehtiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.

 

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.



Xəbəri paylaş

208 dəfə oxunub.

Digər xəbərlər