Ana Sayfa > Karusel / Kriminal > Rəşad Dağlı apellyasiya şikayəti verməkdən imtina edib
Rəşad Dağlı apellyasiya şikayəti verməkdən imtina edib14-11-2022, 11:24. Yazar: Admin |
Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) apellyasiya şikayəti vermək niyyətində deyil.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Report-a Rəşad Dağlının yaxınları bildiriblər.
Qeyd edilib ki, Qaradağ Rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri qərarından apellyasiya şikayəti verilməyəcək:
“Hazırda Rəşadın səhhəti normaldır. İstintaq davam edir”.
Xatırladaq ki, qətl hadisəsi noyabrın 9-u saat 5 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisə ilə bağlı İ.Mehtiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir. Geri dön |