Tarix: 12-11-2022 | Saat: 13:35
Bölmə:Karusel / Region | çapa göndər
“Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşünü uğurla tamamladıq”.
Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri bildirib ki, görüşlərdə türk dünyası ilə bağlı aktual məsələlər ətraflı müzakirə edilib, qarşıdakı dövrdə əməkdaşlıq ediləcək sahələr müəyyənləşdirilib:
“Keçən İstanbuldakı tarixi Zirvə görüşündə türk dünyası vizyon sənədini qəbul etmişdik. Həmin sənədlə gələcək 20 ilə dair hədəflərimizi ortaya qoymuşduq. Bu dəfə də ilk 5 ildə icra ediləcək işlərlə bağlı strateji sənədimizi qəbul etdik. Ticarətdən iqtisadiyyata, mədəni məsələlərdən ekoloji problemlərə qədər geniş diapozonda əməkdaşlıq edəcəyimiz bir sıra müqavilələrə imza atdıq. Türk Şurasının təşkilata çevrilməsi ilə Naxçıvan sazişində ortaya çıxan dəyişikliklərlə bağlı Protokolu qəbul etdik".
Digər xəbərlər