Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Prezidenti: Həqiqətən son vaxtlar biz Özbəkistanla çox yaxınlaşmışıq
Tarix: 10-11-2022 | Saat: 20:08
Bölmə:Karusel / Manşet | çapa göndər

Azərbaycan Prezidenti: Həqiqətən son vaxtlar biz Özbəkistanla çox yaxınlaşmışıq

“Həqiqətən son vaxtlar biz çox yaxınlaşmışıq. Fikrimcə, bu da bizim əcdadlarımızın iradəsidir və xalqlarımız arasında tarixi qardaşlıq əlaqələri məcrasında baş verir”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Özbəkistan dövlət başçısı Şavkat Mirziyoyevlə görüşü zamanı bildirib.

Dövlət başçısı deyib ki, yeddi ay ərzində üçüncü dəfədir ki, Özbəkistana səfər edir: “Hər dəfə şəxsən Sizə və qardaş özbək xalqına böyük məhəbbətlə, böyük hörmətlə gəlirəm və burada olandan sonra Sizin rəhbərliyinizlə Özbəkistanın qazandığı böyük nailiyyətlər haqqında danışıram. Daşkəndi, Xivəni, Səmərqəndi ziyarət etmək kifayətdir. Mən artıq Özbəkistanla kifayət qədər yaxşı tanışam və deməliyəm, birmənalı şəkildə qeyd etmək olar ki, Səmərqənd mühüm beynəlxalq siyasi mərkəzə çevrilib. Ona görə ki, burada dünya liderlərinin iştirakı ilə dünya səviyyəli müxtəlif beynəlxalq tədbirlər keçirilir. Bu münasibətlə də Sizi təbrik edirəm”.



Xəbəri paylaş

1149 dəfə oxunub.

Digər xəbərlər
24-02-2021, 18:59 Faktiki hava açıqlanıb