Qarabaginfo.az xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq deyib. 

O, Moskvanı ehtiyatsız və məsuliyyətsiz davranışda ittiham edib. Onun sözlərinə görə, nüvə silahından istifadə münaqişənin xarakterini dəyişəcək: "Rusiya nüvə müharibəsində qalib olmayacaq. Bu mesajı aydınlaşdırırıq. Rusiyanın nüvə mövqeyi dəyişməyib". 

"Lakin nəticələri böyük olacaq, ona görə də biz buna çox ciddi yanaşırıq", - deyə baş katib bildirib.