Saytımızı qiymətləndirin


 
 

Ərdoğan və Stoltenberq arasında görüş olub
Tarix: 04-11-2022 | Saat: 23:37
Bölmə:Karusel / Manşet | çapa göndər

Cumhurbaşkanı Erdoğan, Stoltenberg ile Doğu Akdeniz'i görüştü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş keçirilib.

Bu barədə Türkiyə Prezidentinin Administrasiyası yanında Kommunikasiya İdarəsindən məlumat verilib.

Görüş zamanı Rusiya-Ukrayna müharibəsi, Yunanıstanın təcavüzkar hərəkətləri və Türkiyə-İsveç-Finlandiya arasında üçtərəfli memorandum müzakirə edilib.

Türkiyə Prezidenti görüşdə Rusiya və Ukrayna ilə ən yüksək səviyyədə həyata keçirilən danışıqlar nəticəsində taxıl dəhlizinin yenidən fəaliyyətə başladığını vurğulayaraq, qarşıdakı dövrdə razılaşmanın uzadılmasına diqqət edəcəklərini bildirib.

Ərdoğan, həmçinin qeyd edib ki, Türkiyə-İsveç-Finlandiya üçtərəfli memorandumuna dair ratifikasiya prosesinin sürəti bu ölkələrin atacağı müvafiq addımlarla müəyyənləşəcək.



Xəbəri paylaş

1104 dəfə oxunub.

Digər xəbərlər
4-06-2022, 11:56 Neftin qiyməti artıb