"Fazil Məmmədovun vəziyyəti qəfil pisləşdi və dünyasını dəyişdi".
Bunu "Unikal"a açıqlamasında Fazil Məmmədovun yeznəsi, Binəqədinin sabiq başçısı Xaləddin İsgəndərov deyib:
Sabiq vergilər naziri Fazil Məmmədov ötən gecə Türkiyədə dünyasını dəyişib.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Eks-nazir bir müddət idi Türkiyədə müalicə olunurdu. O, Bakıda dəfn ediləcək.
Qeyd edək ki, F.Məmmədov 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olub.
"Dünən Türkiyədə səhhəti yaxşı idi. Qəfil halı pisləşdi və dünyasını dəyişdi. Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür. Mərhumun harada dəfn olunacağı və yas mərasiminin keçiriləcəyi yer hələ ki, dəqiqləşdirilməyib".