Saytımızı qiymətləndirin


 
 

Baş prokuror vətəndaşları qəbul edəcək
Tarix: 01-03-2022 | Saat: 15:22
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Kamran Əliyev: Münaqişə zonasından kənarda dinc əhalinin yaşadığı şəhər və rayonlara hücumlar dayandırılmalıdır - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş prokuror Kamran Əliyev vətəndaşları qəbul edəcək.

Baş Prokurorluğun mətbuat xidmətində Qarabaginfo.az-a verilən xəbərə görə, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev martın 11-də saat 10:00-da Lənkəran rayon prokurorluğunun inzibati binasında Lənkəran, Lerik və Astara rayon sakinlərinin qəbulunu keçirəcək.

Qeyd olunub ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Lənkəran rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. Sakinlər yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twetter) vasitəsilə də qəbula yazıla bilərlər.



Xəbəri paylaş

1229 dəfə oxunub.

Digər xəbərlər