Saytımızı qiymətləndirin


 
 

Şoyqu: Səfərbər olunmuş 87 min nəfər döyüş bölgələrinə göndərilib
Tarix: 01-11-2022 | Saat: 15:05
Bölmə:Karusel | çapa göndər

Şoyqu: Səfərbər olunmuş 87 min nəfər döyüş bölgələrinə göndərilib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, qismən səfərbərlik çərçivəsində çağırılan 300 min nəfərdən 87 min nəfəri döyüş bölgələrinə göndərilib.


Qarabaginfo.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Şoyqu qeyd edib ki, hərbi təlimlər zamanı döyüş təcrübəsi almış 3 mindən çox təlimatçı səfərbər olunmuşlarla işə cəlb olunub.
 

"Təlim poliqonlarında formalaşdırılan bölmələrin döyüş uzlaşması tamamlanır. Əsas səylər səhra hazırlığına, rabitədən istifadə bacarığına, naviqasiyaya və kəşfiyyata yönəldilib. Xüsusi hərbi əməliyyat zamanı döyüş təcrübəsi qazanmış 3 mindən çox təlimatçı işə cəlb olunub”, - Rusiya Müdafiə Nazirliyinin rəhbəri bildirib.


O qeyd edib ki, təlim mərkəzlərində döyüş maşınları və tankların ekipajları, artilleriyaçılar, snayperlər, pilotsuz uçuş aparatları, elektron müharibə və s. üzrə mütəxəssislər hazırlanır.


Rusiyada sentyabrın 21-də prezidentin fərmanı ilə qismən səfərbərlik elan edilib. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, Ukraynada 1000 kilometrlik təmas xəttinə və azad edilmiş ərazilərə nəzarət etmək lazımdır. Oktyabrın 28-də Rusiya Federasiyasının müdafiə naziri prezidentə məlumat verib ki, qismən səfərbərlik tapşırığı yerinə yetirilib.



Xəbəri paylaş

157 dəfə oxunub.

Digər xəbərlər