Saytımızı qiymətləndirin


 
 

Xarici həkimlərlə bağlı açıqlama
Tarix: 10-07-2020 | Saat: 17:23
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

 

Prezidentin köməkçisi xarici həkimlərlə bağlı açıqlama verdi

“Türkiyədən, Rusiyadan Kubada Azərbayacana tibb mütəxəssis heyəti gəlib. Onlar Operativ Qərargahla da fikir mübadiləsi aparırlar”.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təcrübə mübadiləsinin aparılaması vacib məqamlardan biridir:

“Azərbaycanda da yoluxanların sayında azalma olduqdan sonra həkimlərimiz digər ölkələrə gedə bilərlər. Həkimlərimiz gərgin fəaliyyət göstərirlər. Kubadan da həkim heyətinin gəlməsi nəzərdə tutulur. Kuba pandemiyaya qarşı mübarizədə zəngin təcrübəsi var. Bizim onlarla dostluq münasibətlərimiz var”.


 

 



Xəbəri paylaş

416 dəfə oxunub.

Digər xəbərlər