Saytımızı qiymətləndirin


 
 

Paşinyan Putindən Azəbaycan Ordusunu geri çəkməyi XAHİŞ ETDİ
Tarix: 31-10-2022 | Saat: 16:33
Bölmə:Karusel | çapa göndər

Paşinyan Putindən Azəbaycan Ordusunu geri çəkməyi XAHİŞ ETDİ

Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulması üçün "Rusiya layihəsi"nin təklif etdiyi yanaşmalar İrəvan üçün məqbuldur.
 

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə bəyan edib.


“Keçən həftə “Valday” Diskussiya Klubunda siz Ermənistanla Azərbaycan arasında mümkün sülh müqaviləsi məsələsini qaldırdınız, bu prosesin Dağlıq Qarabağla bağlı bəzi parametrlərini vurğulayaraq, həmin prinsipləri dəstəkləyəcəyinizi bildirdiniz.

KTMT-nin (KTMT Kollektiv Təhlükəsizlik Şurası - red.) sizin iştirakınızla keçirilən son qapalı iclasında mən də bu barədə danışdım. Bir daha qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağla bağlı Rusiya tərəfindən təklif olunan yanaşmalar, Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulmasının əsas prinsipləri və parametrlərinə dair layihəsi bizim üçün məqbuldur”, - Paşinyan bildirib.


O, Rusiya liderinin bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə keçiriləcək görüşün yekunları üzrə mümkün üçtərəfli bəyanatın mətnində bu sənədə istinad edilməsi təklifini dəstəkləyəcəyinə ümid etdiyini bildirib.


"Ermənistan bunu təklif edib, lakin hələ ki, Rusiya tərəfinin bu təklifi dəstəklədiyinə dair heç bir təsdiqimiz yoxdur... Bu, bu il oktyabrın 6-da Praqada əldə olunmuş razılaşmalara zidd deyil”, - Paşinyan bildirib.


Ermənistanın baş naziri deyib ki, İrəvan üçün Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasından Azərbaycan qoşunlarının çıxarılması vacibdir.

“Bizim üçün Azərbaycan qoşunlarının Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasından çıxarılması məsələsi çox önəmlidir... Ən yüksək səviyyədə razılaşmalara zidd olaraq, Azərbaycan qoşunları hələ də məsuliyyət zonasını tərk etməyib. Ümid edirəm ki, bugünkü müzakirələrdən sonra bu məsələ öz həllini tapacaq”, - Paşinyan bildirib.



Xəbəri paylaş

115 dəfə oxunub.

Digər xəbərlər