"Moskva sadəcə özünü Kiyevlə danışıqlar aparırmış kimi göstərir. Kreml üçün Ukraynanın NATO üzvlüyündən imtina etməsi və demilitarizasiyası vacib olaraq qalır".
Qarabaginfo.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib.
O, sülhə çağırıb və bəyan edib ki, müharibə edən tərəflər arasında danışıqlar ilk növbədə atəşkəsə yönəldiləcək.
O, "Le Parisien" nəşrinə deyib: "Başınıza silah dayamaqla danışıqlar aparmaq olmaz".