Saytımızı qiymətləndirin


 
 

Putin: Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin həlli üçün əlindən gələni edir
Tarix: 28-10-2022 | Saat: 15:14
Bölmə:Karusel / Siyasət | çapa göndər

Putin: Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin həlli üçün əlindən gələni edir

Rusiya təhlükəsizliyin təmin edilməsində Ermənistanı həmişə dəstəkləyib.

Qarabaginfo.az, bunu Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında deyib.

O qeyd edib ki, Rusiya Federasiyası Ermənistanla Azərbaycan arasında münasibətlərin hərtərəfli həlli üçün əlindən gələni edir:

"Bizim həm İrəvan, həm də Bakı ilə böyük əlaqələrimiz var. Bunları nəzərə almamaq sadəcə mümkün deyil. Biz hamımız sözsüz ki, olduqca çətin vəziyyətdəyik. Lakin biz problemdən və bizə, Rusiyaya yaxın olan dövlətlərin aralarındakı ziddiyyətlərdən kənarda dura bilmərik və bu problemin sülh yolu ilə həllinə yardım etməyə hazırıq. Ümumilikdə biz, Cənubi Qafqazın sakit və stabil inkişaf edən region olmasında maraqlıyıq".



Xəbəri paylaş

1103 dəfə oxunub.

Digər xəbərlər