Tarix: 30-08-2021 | Saat: 10:24
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Rusiya Müdafiə Nazirliyi Azərbaycan ərazilərində yerləşdirilmiş sülhməramlı kontingentin növbəti döyüş təlimləri ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, sülhməramlılar “şərti düşmənin pilotsuz aviasiyadan istifadə edilməklə mümkün pozuntularının qarşısının alınması və Laçın dəhlizi boyu müşahidə postlarında təhlükəsizliyin təmin edilməsi” üzrə məşq keçiblər.
Məşğələlərin 6 təlim məntəqəsində keçirildiyi bildirilir. “Təlim zamanı hərbi qulluqçular yeni taktiki fəndlər və yerləşmə ərazisindən çıxış zamanı yeni fəaliyyətlər icra ediblər. Bundan əlavə, şərti pozucunun blokadaya alınması və təyin olunmuş hüdudlara ərazinin relyefindən istifadə etməklə gizlicə manevr edərək çıxış məşq edilib”,-məlumatda deyilir.
Bildirilir ki, indiki təlimlərin xüsusiyyətləri müşahidə postunun məsuliyyət zonasında pilotsuz uçan aparatın aşkar edilməsi vəzifələrinin yerinə yetirilməsi olub. PUA aşkar edilməsi barədə məlumat qapalı rabitə kanalları ilə Rusiya sülhməramlı kontingentinin idarəetmə mərkəzinə ötürülüb.
Sülhməramlı kontingentin nümayəndəsi Vladislav Vorobyov bildirib ki, şəxsi heyət zirehli texnikanın dəstəyi ilə döyüş mövqeləri tutub, mövqelərə hərəkət edib. “Məşğələlər praktiki fəaliyyətlərin icra olunduğu kompleks məşqlərlə tamamlanıb”,-o bildirib.
Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti vaxtaşırı olaraq bu cür təlimlər keçirirlər. İndiki təlimlər isə Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissələrinin sərhədçimizə edilmiş hücumun ardınca bağlanmasından (hazırda yol açılıb) sonraya təsadüf edir. Həmin günlərdə erməni KİV-ləri yazmışdılar ki, Laçın dəhlizi boyu Rusiya sülhməramlıları gücləndirilmiş növbətçilik həyata keçirirlər və az qala hər kilometrdən bir patrullar yerləşdirilib. Eləcə də sosial şəbəkələrin erməni seqmentində vaxtaşırı olaraq Azərbaycanın Laçın dəhlizini bağlayacağı haqda şaiyələr yayılır və bu da erməniləri təşvişə salır.
virtualaz.org
Digər xəbərlər