Ukrayna prezidenti Volodimir Zelenski İrana məxsus kamikadze pilotsuz uçuş aparatı (PUA) fonunda ukraynalılara müraciət edib. 

Qarabaginfo.az xəbər verir ki, o, Ukraynaya qarşı müharibədə rus ordusunun itkilərinin daha çox olacağını və nəticədə Rusiya tərəfinin kapitulyatora çevriləcəyini bildirib. 

Onun sözlərinə görə, iki gün ərzində rusların 30-dan çox PUA-sı vurulub. 

Qeyd edək ki, İran hələ də Rusiyaya PUA verdiyini təkzib edir. 

"Birgə qüvvələrimizlə, nə qədər olmasından və haradan Ukrayna istiqamətində uçmasından asılı olmayaraq, bütün metal canavarların qanadlarını mütləq kəsəcəyik. Düşmən təyyarələri düşəcək, düşmən helikopterləri düşəcək, "Şahed-136" dronları düşəcək, yalnız Ukrayna xalqı ayaqda qalacaq", - deyə Zelenski qeyd edib.