Tarix: 27-10-2022 | Saat: 15:37
Bölmə:Karusel | çapa göndər
Rusiya diplomatik kanallar vasitəsilə Zatulin və Simonyanın Ermənistana giriş qadağasının aydınlaşdırılması üçün İrəvana müraciət edib.
Qarabaginfo.az xəbbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Biz bu cür bəyanatları və ya mesajları çaşqınlıqla qəbul edirik. Dərhal diplomatik kanallar vasitəsilə bu məsələ ilə bağlı təsdiq və aydınlıq gətirmək üçün müraciət etdik. Biz ondan çıxış edirik ki, təsdiq olunarsa, bu addımı dostluqdan kənar və müttəfiqlik münasibətlərinə zidd hesab edəcəyik. Onlar ictimai xadimlərdir. Mən bu gün Qərbin iki ölkə arasındakı münasibətləri kəsməyə çalışdığı zaman süni səbəblərin gündəmə gəlməsini istəməzdim”, - deyə Zaxarova İrəvana xəbərdarlıq edib.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin və “Russia Today”in baş redaktoru Marqarita Simonyanın Ermənistana girişinə qadağa qoyulub. İrəvan onları Ermənistanın daxili işlərinə qarışmaqda ittiham edib.
Digər xəbərlər