Saytımızı qiymətləndirin


 
 

Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması
Tarix: 27-10-2022 | Saat: 10:40
Bölmə:Karusel | çapa göndər

Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin məsuliyyət zonasında heç bir qanun pozuntusu qeydə alınmayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Qarabağda yerləşən sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı məlumatında deyilir.
 

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. 30 müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyətə və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında heç bir pozuntu qeydə alınmayıb”.
 

Rəsmi məlumatda deyilir ki, rusiyalı sülhməramlılar Xocəvənd və Ağdərə rayonlarında iki marşrut üzrə patrul xidməti həyata keçirilib.

Patrul xidməti Azərbaycan Respublikasının 4 avtomobil karvanının müşayiəti həyata keçirilib: ikisi Şuşa-Laçın marşrutu üzrə və geri; ikisi də Şuşa-Zarıslı marşrutu boyunca və geri.


Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkamçı qrupları obyektlərin və ərazilərin minalardan təmizlənməsini davam etdirir. Son sutka ərzində 1,2 hektar ərazi təmizlənib.

Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən indiyədək 2478,9 hektar ərazi, 689,5 kilometr yol, 1940 tikili partlamamış mina və mərmilərdən təmizlənib, 26 min 682 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.


“Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”, - məlumatda deyilir.



Xəbəri paylaş

123 dəfə oxunub.

Digər xəbərlər