Saytımızı qiymətləndirin


 
 

Avropa Mərkəzi Bankının uçot dərəcəsi iyulda arta bilər
Tarix: 12-05-2022 | Saat: 08:29
Bölmə:Karusel / Dünya | çapa göndər

Avropa Mərkəzi Bankı koronavirusa qarşı tədbirlər planlaşdırılıb

Avropa Mərkəzi Bankı bu ilin üçüncü rübünün əvvəlində aktivlərin geri alınmasını başa vuracaq və bundan bir müddət sonra uçot dərəcələrini artırmağa başlayacaq.

Qarabaginfo.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Bankın Prezidenti Kristin Laqard Lyublyanada keçirilən konfransda bildirib.

“Aktivlərin geri alınmasının başa çatması ilə faiz dərəcələrinin yüksəldilməsi arasındakı müddət cəmi bir neçə həftəlik də ola bilər”, - o deyib.

“Bloomberg”in məlumatına görə, onun bu sözləri treyderlər tərəfindən tənzimləyicinin iyul ayında uçot dərəcəsini artıra biləcəyinə işarə kimi qiymətləndirilib.

ECB 2011-ci ildən indiyədək faiz dərəcələrini artırmayıb, aprel ayında baza kredit faizini 0, depozit faizini mənfi 0,5%, marja kredit faizini isə 0,25% səviyyəsində saxlayıb. Depozit dərəcəsi 2014-cü ildən mənfi olaraq qalır.

Bazarlar əmindir ki, tənzimləyici iyul və sentyabr aylarında dərəcələri artıracaq və iki il ərzində depozit faizini 1,5%-ə çatdıracaq.(Report)



Xəbəri paylaş

1234 dəfə oxunub.

Digər xəbərlər