Ana Sayfa > Karusel > Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması
Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması27-10-2022, 10:40. Yazar: Admin |
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin məsuliyyət zonasında heç bir qanun pozuntusu qeydə alınmayıb. “Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. 30 müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyətə və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında heç bir pozuntu qeydə alınmayıb”. Rəsmi məlumatda deyilir ki, rusiyalı sülhməramlılar Xocəvənd və Ağdərə rayonlarında iki marşrut üzrə patrul xidməti həyata keçirilib. Patrul xidməti Azərbaycan Respublikasının 4 avtomobil karvanının müşayiəti həyata keçirilib: ikisi Şuşa-Laçın marşrutu üzrə və geri; ikisi də Şuşa-Zarıslı marşrutu boyunca və geri.
Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən indiyədək 2478,9 hektar ərazi, 689,5 kilometr yol, 1940 tikili partlamamış mina və mərmilərdən təmizlənib, 26 min 682 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.
Geri dön |