Oktyabrın 21-də səhər saatlarında rus qoşunları Zaporojyeyə raketlərlə hücum edib.
Qarabaginfo.az UNİAN-a istinadən xəbər verir ki, ücum barədə Zaporojya Regional Hərbi Administrasiyasının rəhbəri Oleksandr Starux məlumat verib.
"Düşmən rayon mərkəzinə raketlərlə hücum edir. Sığınacaqlarda olun! Təhlükəsizlik qaydalarına əməl edin".
Daha sonra o bildirib ki, düşmənin hücumu nəticəsində şəhərdə raket parçaları qala bilər:
"Toxunmayın, yaxınlaşmayın, şəkil çəkməyin. Bu sursat parçaları partlayıcıdır. Bir-birinizə diqqət yetirin".
Hücumun təfərrüatları barədə Zaporojye Şəhər Şurasının katibi Anatoli Kurtev də açıqlama verib:
"Rusiya caniləri yenidən Zaporojyeyə hücum edib. Yaşayış binaları və şəhərin infrastrukturu düşmən zərbələri nəticəsində zədələnib. Dağıntılar və qurbanlar barədə ətraflı məlumat dəqiqləşdirilir. Rusiya terrorçu ölkədir".(Yenisabah)