Ana Sayfa > Karusel / Region > Ruslar Zaporojyeyə raket atdı

Ruslar Zaporojyeyə raket atdı


21-10-2022, 11:57. Yazar: Admin

Ruslar Zaporojyeyə raket atdı

Oktyabrın 21-də səhər saatlarında rus qoşunları Zaporojyeyə raketlərlə hücum edib.

Qarabaginfo.az UNİAN-a istinadən xəbər verir ki, ücum barədə Zaporojya Regional Hərbi Administrasiyasının rəhbəri Oleksandr Starux məlumat verib.

"Düşmən rayon mərkəzinə raketlərlə hücum edir. Sığınacaqlarda olun! Təhlükəsizlik qaydalarına əməl edin".

Daha sonra o bildirib ki, düşmənin hücumu nəticəsində şəhərdə raket parçaları qala bilər:

"Toxunmayın, yaxınlaşmayın, şəkil çəkməyin. Bu sursat parçaları partlayıcıdır. Bir-birinizə diqqət yetirin".

Hücumun təfərrüatları barədə Zaporojye Şəhər Şurasının katibi Anatoli Kurtev də açıqlama verib:

"Rusiya caniləri yenidən Zaporojyeyə hücum edib. Yaşayış binaları və şəhərin infrastrukturu düşmən zərbələri nəticəsində zədələnib. Dağıntılar və qurbanlar barədə ətraflı məlumat dəqiqləşdirilir. Rusiya terrorçu ölkədir".(Yenisabah)


Geri dön