Saytımızı qiymətləndirin


 
 

80 nəfər işdən qanunsuz çıxarılıb
Tarix: 14-10-2022 | Saat: 11:27
Bölmə:Karusel | çapa göndər

80 nəfər işdən qanunsuz çıxarılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2022-ci ilin 9 ayı ərzində vətəndaş müraciətlərinin araşdırılması zamanı 80 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

 

Nazirlikdən Qarabaginfo.az-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin şəxslər əvvəlki işlərinə bərpa ediliblər.

 

Vətəndaş müraciətləri ilə əlaqədar Xidmətin yanvar-sentyabr aylarında apardığı araşdırmalar zamanı həmçinin işəgötürənlər tərəfindən 550 min manata yaxın məbləğdə sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib.

 

Görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Ödənilən  vəsaitin 94,7 faizi əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, həmçinin zərərə görə ödənclər olub.



Xəbəri paylaş

115 dəfə oxunub.

Digər xəbərlər