Saytımızı qiymətləndirin


 
 

Eyni şirkətdə ikinci mənimsəmə faktı - Bu dəfə 15 min manat
Tarix: 13-10-2022 | Saat: 16:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

Eyni şirkətdə ikinci mənimsəmə faktı - Bu dəfə 15 min manat

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-də pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olmuş müraciət əsasında Füzuli rayon prokurorluğunda araşdırma aparılıb.

 

Füzuli rayon prokurorluğundan Qarabaginfo.az-a verilən məlumata görə, araşdırmalarla cəmiyyətdə satıcı-anbardar vəzifəsində işləmiş Şamo Qarayevin təhvil-təslim aktları əsasında təhvil aldığı müxtəlif adda, çeşiddə və miqdarda məhsulların satışından əldə olunmuş 15 min 362 manat məbləğində pul vəsaitini cəmiyyətin hesabına köçürməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanıb.


Hazırda istintaq davam edir.



Xəbəri paylaş

130 dəfə oxunub.

Digər xəbərlər