Saytımızı qiymətləndirin


 
 

“Asanlıqla qalib gələ biləcəyimiz rəqib yoxdur” - Millimizin baş məşqçisi
Tarix: 11-10-2022 | Saat: 23:14
Bölmə:Karusel / Manşet | çapa göndər

“Asanlıqla qalib gələ biləcəyimiz rəqib yoxdur” - Millimizin baş məşqçisi

Polşa millisi ilə oyundan sonra düşərgəmizdəki vəziyyəti bilirdim, ona görə də oyunçuları matça daha çox psixoloji baxımdan hazırladıq. Çünki əksəriyyət oyunun asan keçəcəyini düşünürdü. Konsantrasiya mən istəyən səviyyədə deyildi. Buna görə də intizamlı oynadıq, qol buraxmadıq.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri dünya çempionatının əsas seçmə mərhələsi çərçivəsində səfərdə Yunanıstan yığmasını məğlub edən futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva matçdan sonra deyib.

Braziliyalı mütəxəssis hesabı erkən açmağa çalışdıqlarını diqqətə çatdırıb. “Ardıcıl 2 qol vurduqdan sonra rəqib müdafiədən çıxmağa, əks-hücumlar qurmağa başladı. Bu da xeyrimizə işlədi. Oyunun sonuna 5 dəqiqə qalmış qapıçını da meydan oyunçusu ilə əvəzlədim. Hesabdakı fərqi artırmaq vacib idi. Çünki top fərqi yekunda bizə çox lazım idi. Yenə də deyirəm, indi İndi asanlıqla qalib gələ biləcəyimiz rəqib yoxdur. Gərək məşq zamanı, eləcə də oyundan əvvəl taktiki planda verilən tapşırıqları dəqiq yerinə yetirəsən. Bu gün bunu bacardıq və bəhrəsini gördük”, - deyə millimizin baş məşqçisi qeyd edib.

Joze Alesio Da Silva qrupun qalibinin Polşadakı oyunda müəyyənləşəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, Yunanıstan – Azərbaycan oyunu millimizin 7:0 hesablı qələbəsi ilə başa çatıb. Hesabında 6 xal olan Azərbaycan millisi qrupda birinci pillədə yer alıb. İkinci pillədə 3 xalla Polşa qərarlaşıb. Xalı olmayan Yunanıstan isə sonuncudur.



Xəbəri paylaş

1130 dəfə oxunub.

Digər xəbərlər